29 C
Baku
Sunday, June 26, 2022

Azərbaycanın qeyri-neft məhsullarının ixracı 1 milyard dolları keçib

2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14650,3 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 9259,1 milyon dollarını və ya 63,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5391,2 milyon dollarını (36,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3867,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24,7 faiz artmış, real ifadədə isə 7,7 faiz, o cümlədən idxal 11,1 faiz, ixrac 5,2 faiz azalmışdır.

2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,4 faiz, real ifadədə 14,0 faiz artaraq 1162,4 milyon dollar təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər