23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar artıb

Azərbaycanın qeyri-neft sektoruna investisiyalar I rübdə 51.7 faiz artıb

Bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində deyib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac isə 15.6 faiz artıb. Məşğulluq, əmək haqları, sosial müavinətlər və pensiyalar sürətlə artmaqdadır.

“Azərbaycanın qeyri-neft ixracı 21.8 faiz artıb, həmçinin əmtəə dövriyyəsi, xüsusən Azərbaycandan ixrac artıb”, – o deyib.

İnvestisiya mühitindən danışan S.Məmmədov bildirib ki, bu artıma bütün ölkə ərazisində, o cümlədən Qarabağda və Naxçıvanda azad iqtisadi zonaların yaradılması səbəb olur.

“Qarabağda tikinti-yenidənqurma işləri görülür, sahibkarlar üçün müvafiq təşviqedici tədbirlər və güzəştlər mövcuddur. Hesab edirəm ki, bütün bu və gələcək işlər ölkəmizin iqtisadiyyatına investisiyaların artmasına imkan yaradacaq”, – deyə o qeyd edib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər