24 C
Baku
Bazar, Sentyabr 19, 2021

Azərbaycanın qida sənayesinin yeni oyunçusuna 2021-də ikinci dəfə maya qoyulur

Screen Shot 2021 09 02 at 14.34.20

“PAŞA Holding” MMC-yə məxsus “Azərşəkər” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, “Azərşəkər”in nizamnamə kapitalının həcmi cari ilin mart ayında 8.55 milyon, yaxud 25.4% artırılıb.

Qida şirkətinin nizamnamə kapitalının həcmi bu artımdan sonra 42.15 milyon manat olmuşdur.

2021-ci ilin yanvarında 0.9 milyon manat, yaxud 2.75% artırılmışdı. Şirkətin kapitalı 32.7 milyon manatdan 33.6 milyon manata çatdırılmışdı.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.

agro kend teserrufati sheker chugundur
Aqrar sahə

17 mart 2021-ci il tarixdə “Azərşəkər” və Türkiyənin “Agrobay Seracılık” şirkətləri arasında Azərbaycanda yeni müştərək heyvandarlıq və əkinçilik Aqroparkının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb. Şirkətin ötən günkü press-relizində qeyd edilir ki, Yevlax rayonunda yerləşəcək Aqroparkın fəaliyyətinin həyata keçirilməsi üçün 23 milyon manat investisiya ayrılacaq və müəssisənin fəaliyyətə başlaması ilə regionda 116 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər