22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanın qızıl ehtiyatı 1,9 tona yaxındır

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycanın mənfəət payı olan – 11 655,2 Troya unsiyası (362,6 kq) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycanın mənfəət payı olan – 49 158,6 Troya unsiyası (1 529,1 kq) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 60 813,8 Troya unsiyasına
(1 891,7 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon dollar təşkil edir.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər