20 C
Baku
Monday, October 7, 2024

Azərbaycanın Rusiyaya albalı və gilas ixracı 27% azalıb – Qiymətlər düşüb

Azərbaycanın Rusiya Federasiyasına albalı və gilas ixracının həcmi düşüb və eləcə də qiymətləri düşüb.

Banker.az xəbər verir ki, 2024-cü ilin iyun-iyul aralığında ixracatçı şirkətlər ölkədən xaricə 25 824 tonluq albalı və gilas çıxarıblar, bunun da dəyəri $24.66 mln. olub.

İxracın miqdarı keçən il qeydə alınmış 35 602 tondan 27% az, cəmi dəyər $44.56 mln.-dan 45% az olub.

Azərbaycan gilas və albalının ixracındakı azalma Rusiya bazarına çıxarılan məhsulun azalmasıdır. Azərbaycan bu il də gilasın 99%-ni şimal qonşusuna ixrac edib.

Hesabat müddətində Rusiyaya 25 620 ton və ya $24.39 mln. olub.

Bu il albalı və gilas keçənilki qiymətlərdən xeyli aşağıdır. Belə ki, 2024-cü ildə bir tonluq $1 252 olan albalı və gilas məhsulu bu il $955-ə düşüb.

Bir tonun qiyməti keçənilkindən $297 və ya 24% ucuzdur.

Son xəbərlər
Digər xəbərlər