27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın şərab sənayesi çöküşə istiqamət alıb

Azərbaycanda 2020-ci il ərzində üzüm şərabının istehsalı azalıb. Ümumiyyətlə isə ötən il üzrə istehsal göstəriciləri ölkədə üzüm şərabının sənayesinin nə qədər ağır bir durumda olduğunu göstərir.

Ölkədə 332.3 min deka litr* üzüm şərabı istehsal edilmişdir. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 52.7 faiz azalma deməkdir. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu azalma 2019-cu ildən start verib. 2019-cu ildə ölkədə şərab istehsalı üzrə mənfi dinamika 53 faiz idi.

Ölkədə ən böyük istehsal 2018-ci il üzrə 1 500.3 min dkl təşkil etsə də, DSK-nin sonradan apardığı statistikada şərab sənayesi üçün çox bərbad göstəricilər qeydə alınıb.

2020-ci il üzrə istehsal indiyə qədər qeydə alınan ən aşağı göstəricidir.

Azərbaycan 2020-ci ilin ilk 9 ayı üzrə 107.77 min dkl və ya 2.46 mln dollarlıq xaricə üzüm şərabı satıb. Həcmi, öncəki illə müqayisədə 41.1% azalıb. Qeyd edək ki, 2018-ci ilin eyni dövründə Azərbaycandan xaricə 194.69 min dkl (4.38 mln dollar) və 2019-cu ildə 182.92 min dkl (4.38 mln dollar)

ui6y5789

*1 dkl= 10 litr

Son xəbərlər
Digər xəbərlər