16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Azərbaycanın şərab şirkəti ASC formasından imtina edir və səhmləri ləğv edilir

Screen Shot 2021 09 02 at 14.34.20

29 mart 2021-ci il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir.

1. Hüquqi şəxsin yenidən təşkil edilərək təşkilati-hüquqi formasını dəyişməsi və “Gəncə Şərab -2” ASC-nin MMC-yə çevrilməsi.

2. “Gəncə Şərab-2” ASC-nin təşkilati-hüquqi formasını dəyişməsi ilə əlaqədar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması.

3. Nizamnamənin yeni redaksiyada təsdiq olunması.

4. Digər məsələlər.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün “Gəncə Şərab -2” ASC-nin Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvana müraciət etmək olar.

Səhmdarların növbədənkənar ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 (Kənar küçəsi 3) nömrəli ünvanda, “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləcəkdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər