25 C
Baku
Sunday, July 21, 2024

Azərbaycanın şərab şirkətinin İdarə Heyətinin Sədri vəzifəsini tərk edir

Azərbaycan Respublikası, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyəti, səhmdarlarını, 08.06.2024-cü il tarixdə, saat 14:00-da, Şamaxı rayonu, Şamaxı şəhər Avtovağzal dairəsinin yanındakı inzibati bina ünvanında  növbədənkənar ümumi yığıncaq keçiriləcək.

Banker.az xəbər verir ki, aşağıdakı məsələlər ümumi yığıncağın gündəliyinə daxil edilmişdir:

1. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Əfəndiyev İlqar Veyis oğlu ilə olan əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi haqqında.

2. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri və üzvlərinin seçkilərin keçirilməsi haqqında.

3. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü ilin idarəetmə və maliyyə hesabatlarının təsdiq edilməsi.

4. Digər məsələlər.

Səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Son xəbərlər
Digər xəbərlər