Azərbaycanın sabiq maliyyə naziri:“İndi bir saat gecikmək belə bizə zərərdir, hökumət təcili tədbirlər görməlidir”

ABŞ uçot dərəcəsini 0-0,25 % müəyyən edib.

Bunun Azərbaycana nə təsiri ola bilər? Bu suala cavabını verdiyi açıqlamada iqtisadçı alim Saleh Məmmədov verib.

Onun sözlərinə görə, bu tədbir böhran şəraitində genişləndirici maliyyə siyasətinin ən vacib elementidi, ABŞ özünün və dünya ölkələrinidə geriləmənin qarşısının alınmasına xidmət edir, üstəlik D. Tramp özəl biznesə əlavə 50 milyard dollar ayırılması haqqında Konqresə çağırış etdi, digər ağıllı menecmentə sahib əksəriyyət ölkələr də belə tədbirlərə əl atdılar.

“Bizə elə ciddi təsirini görmürəm, bir az manatın kursuna müsbət təsir edə bilər, amma dollarla saxlanan rezervlərimizi dəyərini sala bilər. Bizim vəziyyətimiz qeyri-müəyyəndi, əksinə, bizim hökümət kəmərləri çəkməyi tələb edir, faizləri artırır, iş adamlarının pulları ləngidilir, xarici ticarət partnyorlarının valyutalarının dəyərdən daha sürətlə düşməsi istehsalın, fəallığın daha da aşağı düşməsinə gətirib çıxarır”,- deyəö alim qeyd edib.Yarana biləcək problemlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır. Saleh Məmmədov bu barədə təkliflərini də təqdim edib:

1. Uçot dərəcəsi sıfırlanmalı

2. Dövlətin biznesə bütün borcları dərhal ödənməli,

3. Kredit təklifi ciddi surətdə artırılmalı və faizlər azaldılmalı,

4. MB rezerv normaları ən azı üç dəfə azaldılmalı

5. Biznesə dəstək proqramı iki-üç dəfə artırılmalı.

6. MB dövriyyədən pul çıxarmaq (depozit qaydası daxil) qadağası qoyulmalı

7. Əksinə MB ın maliyyə bazarına müdaxiləsi və qiymətli kağızların kütləvi alınması.

8. Vergi güzəştləri genişləndirilməli və vergi dərəcələri nisbətən azaldılmalı

9. Bir çox dövlət tənzimləyən taariflərin və enerji daşıyıcılarının qiymətlərinin aşağı salınması

10. Dotasiya və subsidiyaların ciddi surətdə artırılması

11. Elmi-texnoloji layihələrin maliyyələşdirilməsi qanunun qəbulu, elm islahatlarının aparılması və böyük elmi-texnoliji layihələrə başlanması

Profesorun bildirdiyinə görə, sadalanan tədbirlər böhran zamanı hər bir normal ölkənin görməli olduğu standat tədbirlərdi,

“2008-ci ildə bizim hökümət də bu tədbirlərdən çoxunu elədi və müvəffəq oldu. Təəssüflər olsun ki, 2014-cü il böhranı zamanı tam bunların əksini etdi və iqtisadiyyatı çökdürdü. 2014-cü ilin iqtisadi potensialını bərpa etmək üçün indiki sürətlə bizə ən azı 10 il vaxt lazımdı. İndi isə mən hələ ki hökümətin tərəddüdünü görürəm. Amma bir saat da gecikmək böyük zərərdir”,- deyə alim vurğulayıb./bizimyol.info



Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları