24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın sement nəhəngi ikinci ildir ki, ili zərərlə bitirir

2016-cı ilin sonuna “Holcim (Azerbaijan)” ASC-nin aktivlərinin həcmi 342,561 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 5,62% azdır.

Şirkətin açıqladığı audit hesabatına istinadən, aktivlərin mütləq əksəriyyəti – 311,076 mln. manatı uzunmüddətlidir ki, bunun da 286,976 mln. manatı əmlak, qurğu və avadanlıqların payına düşür. Aktivlərin 31,484 mln. manatı isə qısamüddətlidir.

Şirkətin öhdəlikləri 3,08% artaraq 221 mln. 391,715 min manat təşkil edib. Öhdəliklərin 180 mln. 203,548 min manatı uzunmüddətli, 41 mln. 188,167 min manatı isə qısamüddətlidir. Şirkət əlaqəli tərəflərə 201 mln. 279,488 min manat məbləğində kredit ödəməlidir. Bununla yanaşı, ASC-nin öhdəliyində 9 mln. 608,611 min manat məbləğində ticarət kreditor borcları var.

APA-nın araşdırmasına görə, hesabat dövrünün sonuna şirkət 57,916 mln. manat məbləğində dividend ödəməlidir. 2015-ci ilin sonuna bu rəqəm 63,139 mln. manat idi.

“Holcim (Azerbaijan)”ın nizamnamə kapitalı dəyişməyərək 31 mln. 812,88 min manat səviyyəsində qalıb. Cəmi kapital isə 18,23% azalaraq 121 mln. 168,793 min manata enib.

ASC-nin zərəri…

Şirkət ötən ili 27 mln. 8,144 min manat zərərlə başa vurub. Xatırladaq ki, 2015-ci ilin sonuna şirkətin zərəri 99 mln. 138,957 min manat təşkil edib.

2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC rebrendinq olunaraq “Holcim (Azərbaycan)” ASC-yə çevrilib. Şirkət dünya brendi olan “LafargeHolcim” şirkətlər qrupunun törəməsidir.

Şirkətin səhmlərinin 70%-i “LafargeHolcim” qrupuna məxsusdur. Şirkətin digər səhmdarları isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (10%), Avropa Yenidənqurma və İnkişaf Bankıdır (10%). Səhm paketinin qalan 10%-nə digər kiçik səhmdarlar nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər