-3 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanın sığorta bazarı 14% böyüyüb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 875.132 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 400.953 milyon manat olub ki, bu da 7% azalma deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 767.914 milyon manat, sığorta ödənişlərinin həcmi isə 429.849 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər