8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanın sığorta bazarı 31% böyüyüb

2023-cü ilin yanvar-iyul ayında Azərbaycanda sığorta yığımlarının həcmi 761 milyon 801 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 282 milyon 977 min manat olub ki, bu da 17% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 580 milyon 501 min manat, sığorta ödənişlərinin həcmi isə 241 milyon 128 min manat olub.

Son xəbərlər
Digər xəbərlər