Azərbaycanın sığorta bazarında ən çox yığım edən şirkətlər – Renkinq

Azərbaycanda 2021-ci ilin may ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (139 milyon 858 min manat). İkinci yerdə isə 95 milyon 593 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya” qərarlaşıb. (42 milyon 197 min manat).

May ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (817 min manat) və “Meqa Həyat Sığorta” (212 min manat) sığorta şirkətləridir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.