16 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanın sığorta brokeri zərərdən mənfəətə keçdi

“Status Sığorta Brokeri” MMC 2023-cü ili 17 min 444 manat xalis mənfəət ilə başa vurub. Halbuki, “Status Sığorta Brokeri” 2022-ci ildə 18 min 404 manat zərər etmişdir.

Banker.az bu barədə sığorta brokerinin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “Status Sığorta Brokeri”nin cəmi gəlirləri 35 min 101 manat, cəmi xərcləri isə 17 min 656 manat təşkil edib. 2022-ci ildə sığorta brokerinin cəmi gəlirləri 4 min 340 manat, cəmi xərcləri 22 min 744 manat olub.

Ötən il şirkətin cəmi aktivləri 74 min 888 manat olub ki, bu da ilin əvvəlinə nisbətən 30.4% çoxdur.

Qeyd edək ki, “Status Sığorta Brokeri” MMC 4 iyun 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Oksana Marinçenko Andreyevna adlı şəxsdir, nizamnamə kapitalı 10 manatdır. Broker şirkəti AZ1010, Bakı Şəhəri Nəsimi rayonu, Nizami, ev 90a, Lanmark Binası Iıı, 3-cü mərtəbə ünvanında qeydiyyatdadır.

Son xəbərlər
Digər xəbərlər