27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları sentyabrda azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 1 oktyabr 2022-ci il tarixinə 53.54 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun 1 oktyabr tarixinə təqdim etdikləri göstəricilərə istinad edir.

Bu 2022-ci ilin əvvəlində 52.10 milyard dollar idi. Bu da o deməkdir ki, ilin ilk 9 ayı ərzində 953.6 milyon dollar, yaxud 2% artıb. Lakin son bir ayda bu 2 mlrd. dollar, yaxud 3.6% geriləmədir.

Belə ki, Mərkəzi Bank 2022-ci ilin sentyabrdakı faiz dərəcəsinə dair iclasda bildirmişdi ki, ölkənin profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. dollara yüksəlib.

ARDNF-in valyuta ehtiyatlarının son ayda azalmasına səbəb qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsiridir. Bununla bağlı ətraflı.

ARDNF-in valyuta ehtiyatları ilin əvvəlində 45.03 milyard dollar olduğu halda, 9 ayın sonuna 45.39 milyard dollara, Mərkəzi Bankın xarici valyuta ehtiyatları 7.08 milyard dollardan 7.67 milyard dollara yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər