21 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanın tədiyyə balansının ümumi qalığı 56% artıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 2 019,3 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,8% çoxdur.

Artım əsasən dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 602,7 milyon dollarlıq qalıq (illik müqayisədə 3% çox), kapital hesabındakı 1,9 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 215,1 milyon dollarlıq kəsir (53,5% az), balanslaşdırıcı maddələr üzrə 633,6 milyon dollarlıq qalıq (3,1 dəfə çox) hesabına formalaşıb.

Son xəbərlər
Digər xəbərlər