27 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanın ticarət balansında $8.7 milyardlıq profisit yarandı

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 104 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 16 milyard 825,1 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 12784,6 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 040,5 milyon dollarını (24%) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 8 milyard 744,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,9 faiz, real ifadədə 9,8 faiz artmışdır. İxrac real ifadədə 18,3 faiz artmış, idxal isə 4,8 faiz azalmışdır. 2022-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz, real ifadədə 25,0 faiz artaraq 965,5 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 12,3 faizi Türkiyə, 5,6 faizi Rusiya, 4,0 faizi Çin, 3,5 faizi İsrail, 2,9 faizi Birləşmiş Krallıq, 2,6 faizi Ukrayna, 2,5 faizi Portuqaliya, hər biri 2,4 faiz olmaqla Hindistan, Almaniya və Yunanıstan, 2,1 faizi Gürcüstan, 1,8 faizi İspaniya, 1,6 faizi Tailand, 1,4 faizi Qazaxıstan, 1,1 faizi Tunis, 1,0 faizi İran, 13,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür

Son xəbərlər
 ⁠
Digər xəbərlər