Azərbaycanın müsbət ticarət saldosu 7 mlrd. dollara yaxınlaşır

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunub, 166 ölkədən idxal olunub. Banker.az-a bu barədə Dövlət Statistika Komitəsindən məlumat daxil olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 275,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 412,2 milyon dollar, idxalın dəyəri 6 863,5 milyon dollar təşkil etmiş, nəticədə 6 548,7 milyon dollarlıq müsbət ticarət saldosu (ətraflı) yaranmışdır.

2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8 faiz, o cümlədən ixrac 37,7 faiz, idxal 29,5 faiz artıb. Real ifadədə dövriyyə 0,2 faiz, o cümlədən ixrac 1,0 faiz artmış, idxal isə 1,2 faiz azalıb.