36 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanın tikinti şirkəti Serbiyada dəyəri 460 mln. avrodan çox olan avtomobil yolunun inşasına başlayıb

Azərbaycanın “Azvirt” tikinti şirkəti Serbiyanın şimalında dəyəri 467,5 milyon avro olan Ruma-Loznitsa magistral avtomobil yolunun inşasına başlayıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, layihə Ruma ilə Sabaçıni birləşdirən 21 km-lik avtomobil yolunu, Sava çayı üzərində 1,3 km-lik körpünün və Sabaç- Loznitsa arasındakı 55 km uzunluğunda olan avtomobil youlunun inşasını nəzərdə tutur.

Qeyd edək ki, Serbiya hökuməti noyabr ayında “Azvirt” şirkəti ilə Ruma-Loznitsa avtomobil yolunun tikintisi ilə bağlı müqavilə imzalayıb.

Müqaviləyə görə, Ruma-Sabaç avtomobil yolu üç ildən sonra, Sabaç-Loznitsa avtomobil yolu isə 2023-cü ilin sonunda başa çatacaq.

Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında Azərbaycan hökuməti layihənin həyata keçirilməsini dəstəkləmək üçün Serbiyaya 210 milyon avro kredit ayırmışdı.

©Report

Son xəbərlər
Oxşar xəbərlər