1 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanın TRACECA-dan gəlirləri 7%-dək artıb

Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 156 781,9 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6,9% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin birinci rübündə sözügedən göstərici 146 727,8 min manat olub.

Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 147 119,1 min manat, sərnişin daşınmasından isə 9 662,8 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 5,8% çox və 26,8% çoxdur.

Qeyd edək ki, cari ilin birinci rübündə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 858,3 min ton, sərnişin daşımaları isə 23 411,6 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% artıb və 28,6% çoxdur.

Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər