26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın turizm xidmətlərinin dövriyyəsində 59 mln.$ kəsir

2021-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110.8 mln.$ təşkil etmişdir.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84.7 mln.$) ixracı (26.1 mln.$)
üstələməsi nəticəsində 58.6 mln.$ həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən
Azərbaycan vətəndaşlarının sayı 8.4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə
4.4 dəfə azalmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84.7 mln.$ olmuşdur. Bunun 91.7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər