24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Azərbaycanın un və çörək istehsalı sənayesi böyüyüb – rəqəmlər

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ildə Azərbaycanda un istehsalının həcmi 49.41 min ton həcmdə artıb. Bu da 2.77% illik artım dinamikasıdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 milyon 831.08 min ton buğda və ya çovdarla qarışıq buğda unu istehsal edilib. Bu 2019-cu il üzrə 1 milyon 781.67 min ton təşkil edirdi.

2020-ci ildə istehsal edilən unun 1 milyon 369.25 min tonu əmtəəlik olmuş, bunun da 1 milyon 370.72 min tonu satış üçün göndərilmişdir.

ÇÖRƏK İSTEHSALI DA ARTIB

2020-ci il ərzində Azərbaycanda 1 milyon 294.32 min ton həcmində adi – tərkibində sirop, yumurta, pendir və ya meyvələr olmayan təzə çörək istehsal edilib. Bu öncəki illə müqayisədə 37.92 min ton (3%) çoxdur.

İstehsal edilmiş çörəyin 845.51 min tonu əmtəəlik olub.

2019-cu il üzrə isə adi çörək istehsalı 1 milyon 256.40 min ton idi.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər