30 sentyabr 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $38,5 mlrd. təşkil edib. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il yanvarın 1-nə ölkənin strateji valyuta ehtiyatları təxminən $39 mlrd. təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində valyuta ehtiyatları 1% azalıb.
ELƏCƏ DƏ BAX: Palata Bankların xəritəsini yaratdı
«Sentyabr ayının sonuna olan məlumata görə, $38,5 mlrd. məbləğində strateji valyuta ehtiyatları respublikaya 29 ay ərzində mal və xidmət idxalını ödəməyə imkan verir. Ümumilikdə valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcundan 4,3 dəfə çoxdur», – deyə məlumatda bildirilir.
Cari ilin III rübü ərzində strateji valyuta ehtiyatları $200 mln. artıb.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
“İnterfaks-Azərbaycan”