Azərbaycanın xarici ölkələrə bu ilin yanvar-may aylarında ixrac etdiyi çayın dəyəri 3 milyon 685 min ABŞ dolları təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycandan xaricə ixrac edilmiş çay 481.58 ton təşkil edib. Ötən ilin eyni dövründə isə 4 milyon 145 min ABŞ dolları dəyərində 623.46 ton çay ixrac edilib.
İllik müqayisədə Azbaycandan ixrac edilmiş çayın dəyərində 460 min ABŞ dolları ( 95.5%), ixrac edilmiş çayın miqdarında isə 141 ton (22.7%) azalma var.