4 C
Baku
Sunday, December 4, 2022

Azərbaycanın xaricə pomidor satışından gəliri artıb

2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan 134 milyon 279 min dollar dəyərində 112 354 ton pomidor ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 138 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5% artıb, miqdar ifadəsilə 6% azalıb.

2022-ci ilin təkcə sentyabr ayında Azərbaycandan 50 min dollar dəyərində 52 ton pomidor ixrac edilmişdir.

Son xəbərlər
Digər xəbərlər
X