22 C
Baku
Friday, May 24, 2024

Azərbaycanın xaricə xurma satışından gəliri 2 dəfəyə yaxın artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 26 milyon 380 min ABŞ dolları dəyərində 33 331 ton xurma ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin iki ayında ötən illə müqayisədə dəyər ifadəsilə 1.8 dəfə, miqdar ifadəsilə 67% artıb.

Azərbaycandan 2023-cü ilin eyni aylarında 14 milyon 575 min dollar dəyərində 20 004 ton xurma ixrac edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər