26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xaricdən aldığı buğda bahalaşıb

Ötən il Azərbaycan xaricdən 331 946.01 min ABŞ dollar dəyərində 1 148 100.77 ton həcmində buğda alıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci ildə idxal olunan buğdanın dəyəri 296 905.18 min ABŞ dolları, həcmi 1 365 100.13 ton təşkil etmişdi. İllik müqayisə aparsaq görürük ki, ötən il buğda alışının qiyməti 35 040.83 min ABŞ dolları və ya 11.8% artıb, həcmi isə 216 999.36 ton və ya 15.9% azalıb.

 

Son xəbərlər
Digər xəbərlər