27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xaricdən aldığı buğdanın bir tonu $100-dan çox bahalaşıb

Bu ilin ilk 6 ayında Azərbaycan xaricdən $142 mln. 965.82 min dəyərində 400 min 748.71 ton buğda alıb.

Banker.az-ın Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş statistik göstəricilərə əsasən apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkənin buğda idxalı dəyər ifadəsində $40 mln. 941.89 min və ya 40.1% artsa da, miqdar ifadəsində 823.63 ton və ya 0.2% azalıb.

Beləliklə, bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən aldığı buğdanın bir tonuna $357 xərcləyib, ötən ilin müvafiq dövründə isə bu göstərici $254 olub. Bu isə idxal olunan buğdanın hər tonu üçün $103 bahalaşma deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər