28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan xaricdən süd alışını artırıb

2020-ci ilin 10 ayında Azərbaycana idxal edilən südün dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon ABŞ dolları dəyərində artıb.

Dövlət Gömrük Komitəsindən “Banker.az”a verilən məlumata görə, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana  13 milyon 414 min ABŞ dolları dəyərində 8 min 305  ton süd idxal edilib ki, ötən ilin müvafiq dövründə idxal edilən 7 004 ton həcmindəki südün dəyəri 11 milyon 408 min ABŞ dolları təşkil edirdi.

Həmçinin qeyd edək ki, hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.15%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər