15 C
Baku
Monday, April 22, 2024

Azərbaycanın xarici dövlət borcu son 6 ayı ərizndə artıb

Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi 1 milyard manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 milyon manat müəyyən edilmişdir. Daxili dövlət borclanması, əsasən, daxili bazarda dövlət istiqrazlarının emissiyası və dövlət zəmanətlərinin verilməsi ilə, xarici dövlət borclanmasında isə beynəlxalq maliyyə kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması nəzərdə tutulmuşdur.

Bu barədə Banker.az Hesanlama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlililinə isinadla xəbər verir.

“Dövlət borcu haqqında” Qanununa əsasən daxili və xarici dövlət borcunun yuxarı hədləri milli valyuta ilə müəyyənləşdirilir. Həmçinin yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə daxil edilmir.

“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında”  Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanı ilə Maliyyə Nazirliyinə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”  Qanunun 13-cü maddəsi ilə təsdiq edilmiş daxili və xarici borcalmanın, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğini yuxarı həddi çərçivəsində bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borcalmanın, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görülməsi tapşırılıb.

Azərbaycan son ayları daha çox borcalmaya gedib

Hesablama Palatasına dövlət borcu və dövlət öhdəliklərinin istiqamətləri üzrə borclanma ilə bağlı müvafiq məlumatlar daxil olmasa da, təqdim olunmuş operativ məlumatlara əsasən 1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır ki, bu 1 yanvar 2017-ci il tarixə vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur. Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil etmişdir. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olmuş, adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil etmişdir.

1 iyul 2017-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%;
ABŞ dolları ilə – 75,4%; avro – 13,0%; yapon yeni – 2,5%;
digər valyutalar üzrə isə 1,5%.

Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

1 iyul 2017-ci il tarixinə operativ məlumatlara əsasən 2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manat təşkil etmişdir. Təqdim olunmuş məlumatlara əsasən daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınmışdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər