1 C
Baku
Cümə, Yanvar 21, 2022

Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr hansılar olub? – TOP 5

Cari ilin ilk 10 ayı ərzində Azərbaycanın ticarət dövriyyəsində ən böyük yeri İtaliya tutur.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, İtaliya ilə ticarət dövriyyəmiz ümumi dövriyyənin 26.83%-ni (7 023 636.56 min ABŞ dolları) təşkil edir.

İkinci sırada isə 13.36% və ya 3 497 727.24 min ABŞ dolları dövriyyə ilə Türkiyə gəlir.

Rusiya ilə ticarət dövriyyəmiz ümumi dövriyyənin 8.96%-ni təşkil edir. Sıralamada 3-cü olan bu ölkə ilə ticarət dövriyyəmiz 2 345 140.95 min ABŞ dolları təşkil edir.

1 444 733.28 min ABŞ dolları dəyərindəki ticarət dövriyyəsi ilə Çin ümumi dövriyyədə 5.52% paya sahibdir.

5-ci sırada olan Almaniya ilə ticarət dövriyyəmiz 952 540.64 min ABŞ dolları (3.64%) təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər