26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xarici ticarət dövriyyəsində 2 milyard dollarlıq müsbət saldo yaranıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunub.

Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17830,3 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ticarət dövriyyəsinin 10006,8 milyon dollarını ölkədən ixrac olunmuş məhsulların, 7823,5 milyon dollarını isə idxal məhsullarının dəyəri təşkil etmişdir ki, nəticədə 2183,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalmışdır.

Həmçinin bildirək ki, 2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1282,4 milyon dollar təşkil edib.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər