25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır.

Dörd aylıq xarici ticarət dövriyyəsinin 6,3 milyard dolları ixracın, 3,4 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11%, idxal isə 25,7% azalıb.

Son nəticədə xarici ticarətdə 2,9 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,1% çoxdur.

Son xəbərlər
Digər xəbərlər