26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfəyə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,64% azalaraq 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 12 742 682,77 min ABŞ dolları təşkil edib.

Reportun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal əməliyyatlarının həcmi 5,98% azalaraq 6 201 463,08 min dollar, ixrac əməliyyatlarının həcmi 33,81% azalaraq 6 541 219,69 min dollara enib.

Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu 6,5 dəfə azalaraq 339 756,61 min dollar təşkil edib.

Cari ilin ilk 9 ayı ərzində ölkəyə 6 996 çeşiddə mal idxal olunub. Bu müddətdə ölkədən ixrac çeşidi isə 2 511 ədəd olub.

Son xəbərlər
Digər xəbərlər