22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ilk rübdə $1,3 milyardı ötüb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 7 620,126 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.

3 aylıq ticarət dövriyyəsinin 3 135,577 mln. dolları ixracın, 4 484,449 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

Son nəticədə xarici ticarətdə 1 348,972 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 15,9% çoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər