21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Azərbaycanın xariclə ticarətində müsbət saldo $4 milyarda çatdı

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 161 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 650.3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 259.1 milyon dollarını və ya 63.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 391.2 milyon dollarını (36.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 867.9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 24.7 faiz artmış, real ifadədə isə 7.7 faiz, o cümlədən idxal 11.1 faiz, ixrac 5.2 faiz azalmışdır.

2021-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27.4 faiz, real ifadədə 14.0 faiz artaraq 1162.4 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 35.9 faizini İtaliyaya, 15.7 faizini Türkiyəyə, 4.7 faizini Rusiyaya, 4.4 faizini Gürcüstana, 4.0 faizini Hindistana, 3.9 faizini İspaniyaya, 3.7 faizini İsrailə, 2.9 faizini Portuqaliyaya, 2.6 faizini Xorvatiyaya, hər biri 2.3 faiz olmaqla Ukrayna və Tunisə, hər biri 1.6 faiz olmaqla Kanada, Birləşmiş Krallıq və Almaniyaya, 1.5 faizini Tailanda, hər biri 1.4 faiz olmaqla Belarus və Çinə, 8.5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34.7 faiz), Türkiyəyə (26.6 faiz), İsveçrəyə (10.1 faiz), Gürcüstana (6.9 faiz), ABŞ-a (2.6 faiz), Çinə (1.8 faiz), Ukraynaya (1.8 faiz), Türkmənistana (1.5 faiz), Qazaxıstana (1.3 faiz), Özbəkistana (1.0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17.1 faizi Rusiya, 15.2 faizi Türkiyə, 12.9 faizi Çin, 6.3 faizi Almaniya, 4.3 faizi ABŞ, 4.1 faizi Ukrayna, 4.0 faizi İtaliya, 3.4 faizi İran, 2.5 faizi Birləşmiş Krallıq, 2.1 faizi Yaponiya, 2.0 faizi Koreya, 1.7 faizi Fransa, 1.6 faizi Braziliya, 1.5 faizi Hindistan, hər biri 1.1 faiz olmaqla Belarus, Polşa və Vyetnam, 18.0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38.8 faiz, kartof – 12.9 faiz, şəkər – 2.0 dəfə, bitki yağları – 27.8 faiz, meyvə və tərəvəz şirələri – 15.5 faiz, meyvə və tərəvəz konservləri – 19.7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 10.7 faiz, pambıq lifi – 1.9 dəfə, pambıq ipliyi – 1.8 dəfə, qara metallardan borular – 12.0 faiz artmış, təzə tərəvəz ixracı isə 23.6 faiz, çay – 21.3 faiz, tütün – 45.9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30.7 faiz, polietilen – 11.5 faiz, emal olunmamış alüminium – 41.8 faiz, bentonit gili – 4.2 faiz azalmışdır.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında buğda idxalı 12.0 faiz, bitki yağları – 2.3 faiz, xam şəkər və şəkər – 15.6 faiz, çay – 11.2 faiz, kartof – 14.5 faiz, təzə tərəvəz – 44.5 faiz, siqaretlər – 0.5 faiz, minik avtomobilləri – 1.7 dəfə, dərman vasitələri – 1.0 faiz, hesablama maşınları, blok və qurğuları – 11.9 faiz, rezin şinlər – 1.6 dəfə, yük avtomobilləri – 2.1 dəfə, mebellər – 33.6 faiz, paltaryuyan maşınlar – 28.5 faiz, məişət soyuducuları – 9.4 faiz artmış, təzə meyvə idxalı isə 1.6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 6.9 faiz, quş əti və onun əlavə məhsulları – 28.4 faiz, mal əti – 41.9 faiz, polad prokatı – 43.6 faiz, qara metallardan borular – 35.8 faiz, mineral gübrələr – 44.0 faiz, məişət kondisionerləri – 4.1 faiz, qara metallardan çubuqlar – 70.4 faiz, polietilen – 44.2 faiz, qara metallardan künclüklər – 26.4 faiz, avtobuslar – 21.1 faiz, sement və sement klinkerləri – 35.4 faiz azalmışdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər