24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın xariclə ticarətində noyabr son 15 ayın “ən ölü ayı”dır – Səbəb neftdir

Azərbaycanda 2022-ci ilin noyabrında xaricə ixrac edilmiş məhsulun həcmi xeyli azalıb. Bir sözlə noyabr ayı ticarət üçün “ən ölü” ay olub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinad edir.

2022-ci ilin yanvar-noyabr ayları ərzində 36 mlrd. 335.55 mln. dollar təşkil edib və öncəki ili bu ilk 11 ay üstələyir. 2022-ci ilin ilk 11 ayının nəticələrinə əsasən ticarət balansında 23 mlrd. 454.08 mln. dollarlıq qalıq (profisit) yaranıb.

Lakin ilin noyabr ayında cəmi 1 mlrd. 628.64 mln. dollarlıq məhsul ixrac edib ki, bu da aylar üzrə nəinki 2022-ci ildə qeydə alınmış, hətta 2021-ci ilin avqustundan bu tərədə ən aşağı nəticədir.

İxracla paralel noyabrda idxalın həcmi də azalaraq 1 mlrd. 172.44 mln. dollar təşkil edib.

Beləliklə, 2022-ci ilin noyabrda ticarət balansında 334.47 mln. dollarlıq qalıq olub ki, bu da 2020-ci ilin sonundan bu tərəfəaylıq göstəricilərlə müqayisədə ən aşağı göstəricidir.

23673437

İxrac həcminin, yaxud ölkəyə gələn valyuta axının kəskin azalmasına səbəb Azərbaycanın ixrac etdiyi neftin həcminin oktyabr ayı ilə müqayisədə 48% az olmasıdır. Oktyabr ayında 23.1 mln. barrel həcmində xaricə neft ixrac etmişdirsə, noyabrda bu rəqəm 11.92 mln. barrelə düşüb. Üstəlik, neftin ixrac miqdarının azalması ilə bərabər hər barrel üzrə noyabrda oktyabrdan daha ucuz satıb. Məsələn, iyul, avqust, sentyabr və oktyabr aylarında müvafiq olaraq hər barreli $119.03, $116.00, $105.14 və $98.80 olduğu halda noyabrda bu rəqəm $95.52-ə düşüb. İlin ilk 11 ayında  18 mlrd. 318.64 mln. dollarlıq neft ixracının cəmi 1 mlrd. 138.9 mlyon dolları noyabr ayının payına düşüb.

Xatırladaq ki, yanvar-noyabrda 33 mlrd. 647.12 mln. dollarlıq (cəmi ixracın 92.6%-i) neft-qaz məhsulu ixrac edilib. İkincə ən çox valyuta gətirən isə nəql edilən 14 mlrd. 807.62 mln. dollarlıq təbii qazdır.

Son xəbərlər
Digər xəbərlər