13 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanın xariclər ticarət balansında $3.8 mlrd. müsbət saldo yarandı

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 139 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 91 ölkəyə məhsul ixrac olunmuş, 130 ölkədən idxal olunmuşdur.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən deyilir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 7794,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 822,0 milyon dollarını və ya 74,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 1972,5 milyon dollarını (25,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 849,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,7 dəfə, real ifadədə 12,8 faiz, o cümlədən ixrac 18,8 faiz, idxal 1,8 faiz artmışdır.

2022-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 39,4 faiz, real ifadədə 32,2 faiz artaraq 461,8 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 39,3 faizi İtaliya, 11,8 faizi Türkiyə, 5,1 faizi Rusiya, 4,2 faizi Ukrayna, 3,9 faizi Çin, 3,3 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,3 faizi Portuqaliya, hər biri 2,2 faiz olmaqla Gürcüstan və Tailand, hər biri 2,0 faiz olmaqla Birləşmiş Krallıq və Qazaxıstan, 1,8 faizi Almaniya, 1,6 faizi Hindistan, 1,5 faizi Tunis, 1,2 faizi Çexiya, hər biri 1,1 faiz olmaqla İspaniya və Rumıniya, 10,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

 

Son xəbərlər
Oxşar xəbərlər