4 C
Baku
Sunday, December 4, 2022

Azərbaycanın Xorvatiya və Vyetnamdakı səfirləri dəyişdirildi

Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb.

Bu barədə Azərbaycan Prezidenti 18 oktyabr tarixində sərəncam imzalayıb.

Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla, Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

F.Qurbanovun yerinə Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Son xəbərlər
Digər xəbərlər
X