27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın yeni viski sənayesi – göstəricilər nə yerdədir?

Azərbaycan 2020-ci il ərzində alkoqollu içki olan viski istehsalının həcmini 2.1 min dekalitrə yüksəldib.

Banker.az bildirir ki, bu ölkənin statistikasında 2020-ci ildən qeydiyyata alınıb.

Ölkədə viskinin öncəki ildən qalığı isə 12.6 min dkl təşkil edib.

Azərbaycan 2020-ci ilin ilk 11 ayında 5.79 min dkl viski idxal etmişdi. Bu idxal edilmiş məhsulun dəyəri  2 milyon 221.16 min dollar təşkil edirdi.

Məlumat üçün bildirək ki, “Tovuz-Baltiya” və Azgranata kimi şirkətlər ölkədə milli brend altında viski istehsalına başlayıblar.

Brendi (konyak) istehsalının həcmi 26.8 min dkl olmuşdur, bunun da 20.2 min dkl-ı satışa yönəldilib. Öncəki ildə brendi istehsalının həcmi 24.8 min dkl idi.

Bununla belə, likör istehsalının həcmi 146.6 min dkl həcminə düşüb, bu 2019-cu ildə 315.1 min dkl olmuşdur.

Son xəbərlər
Digər xəbərlər