12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Azərbaycanın yerli şirkətinin rəhbərliyi yenidən seçiləcək

13 dekabr 2021-ci il saat 11.00 –da “Avtomatikaqu­raşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsindəki 3121-ci məhəllədə “Avtomatika­quraşdırma” ASC-nin inzibati binasında keçiriləcəkdir. Əgər pandemiya ilə əlaqədar sərt qapanma şəraiti olarsa , o zaman yığıncaq 050-216-48-64 nömrəli whatsapp proqramı vasitəsilə görüntülü keçiriləcəkdir. Qeydiyyatdan keçmək üçün bu nömrə ilə əvvəlcədən əlaqə saxlamaq xahiş edilir.

Yığıncağın gündəliyi:

1. “Avtomatikaquraşdırma” ASC-nin nizamnaməsində dəyişikliklərin edilməsi.

2. “Avtomatikaquraşdırma “ ASC-nin müşahidə şurası üzvlərinin seçilməsi.

3. “Avtomatikaquraşdırma” ASC-nin maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.

Qeyd edək ki, “Avtomatikaquraşdırma” ASC 2003-cü ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 137 666 manatdır və qanuni təmsilçisi Eldar Seyidovdur.

Son xəbərlər
Oxşar xəbərlər
X