26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın zeytun yağının satışı üçün üçün xarici bazarlar tapılıb

Azərbaycan 2023-cü ildə İspaniyaya istehsal etdiyi zeytun yağından satıb.

Banker.az xəbər verir ki, Cənubi Avropa dövləti ümumilikdə 264 tonluq və ya 1 milyon 525.16 min ABŞ dolları dəyərində zeytun yağı alıb.

Adətən Azərbaycana zeytun yağının tədarükünün bir hissəsini İspaniya qarşılayardı. Ölkədə zeytun istehsalı artdıqdan sonra isə axın istiqaməti əks dönüb. İspaniya bazarı zeytun yağı istehlakı üçün əsas bazarlardan hesab edilir.

Keçən il ölkədən xaricə ümumilikdə 578.74 ton və ya 3 mln. 157.3 min dollarlıq zeytun yağı ixrac edilib.

Zeytun yağının 186.6 tonu və ya 950.9 min donu Türkiyəyə,  66.6 min tonu və ya 348.9 min dolları Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 160 tonluq zeytun yağı istehsal edilib. Ölkənin əsas zeytun istehsalçılarından biri 2 il öncə  “Abşeron Zeytun Bağları” MMC-nin zavodunun açılışında Azərbaycan Prezidenti də iştirak etmişdi və ona bildirilmişdi ki, zavodda illik 4 min tonluq zeytun yağının istehsalı planlışdırılır. Bu rəqəm ölkənin real rəqəmindən 4 dəfə yuxarıdır. Zavodu xam mal ilə yerli bağlardan yığılır.

32344332

Son xəbərlər
Digər xəbərlər