25 C
Baku
Saturday, June 22, 2024

Azərbaycanla ABŞ-ın birgə müəssisəsi ildən-ilə gəlirlərini böyüdür

Azərbaycan və ABŞ-ın birə müəssisəsi “Azeri MI Drilling Fluids” MMC (AMDF) ötən il ərzində gəlirlərini 3.6 faiz artırıb.

Banker.az xəbər verir ki, birgə şirkətin gəlirlərinin həcmi 172 mln. manat təşkil edib.

Birgə şirkətin xidmətinin maya dəyəri isə 148 mln. manat olmuş, ümumi və administrativ xərcləri 4 mln. manat (2019: 3 mln. manat) olmuşdur və beləliklə illik 17 mln. manat xalis mənfəət əldə etmişdir. Qeyd edək ki, 2019-cu ildə xalis mənfəət 11 mln. manat idi.

Birgə şirkətin səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə ABŞ-ın Texas ştatında qeydiyyatda olan “M-I Swaco”ya məxsusdur.

AZERI MI DRILLING FLUIDS

Son bir ildə “Azeri MI Drilling Fluids” MMC-nin xalis aktivlərinin həcmi 33 mln. manatdan 50 mln. manata qədər yüksəlmişdir.

AMDF 1997-ci ildə yaradılıb. Şirkət qazma mayeləri, tamamlama texnologiyaları və tullantıların idarə edilməsi xidmətlərini həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər