9 C
Baku
Monday, November 4, 2024

Azərbaycanla BƏƏ arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi ilə bağlı layihə təsdiqlənib

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik və xüsusi pasportlara malik şəxslər giriş vizasından azad edilir.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər