25 C
Baku
Friday, July 19, 2024

Azərbaycanla Çin bərpa olunan enerjidə əməkdaşlığı artıra bilər

Azərbaycanla Çin bərpa olunan enerji mənbələri ilə bağlı əməkdaşlığı daha da inkişaf etdirmək üçün imkanlara malikdir.

Bunu Kambric Universitetində Çinin Avrasiya məkanındakı siyasətinin tədqiqatçısı Ci Yinqfenq bildirib.

“Hazırda Azərbaycan daha ekoloji təmiz, bərpa olunan enerji layihələrinin daha böyük paya sahib olacağı gələcəyə doğru olduğu bir vaxtda bərpa olunan enerji mənbələri mühüm sektorlardan birinə çevrilir. Çin də bərpa olunan enerji ilə bağlı avadanlığın ən böyük istehsalçı ölkələrindəndir”, – ekspert qeyd edib.

Bununla yanaşı, Çindən Xəzərdəki, o cümlədən Azərbaycan limanları üzərindən yük daşımalarının artdığı, Azərbaycan-Çin münasibətlərinin daha sıx olduğu da diqqətə çatdırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər