7 C
Baku
Sunday, February 5, 2023

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 21% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 895 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21.1% çoxdur.

Bunu Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən il ikitərəfli ticarət dövriyyəsi 739 mln. dollar civarında olub.

“Hazırda Hindistan Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir”, – deyə Vinay Kumar qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X