19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanla İran Ərdəbildə birgə sənaye şəhərciyi inşa edəcək

Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye şəhərciyi yaratması hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin artmasına imkan yaradacaq.

Bu sözləri Ərdəbil vilayətinin valisi Əkbər Bəhnəmcu deyib. O bildirib ki, bu məsələ Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının yanvarın 18-də Tehranda keçirilən iclasında müzakirə olunub və razılıq əldə edilib.

O deyib ki, yeni sənaye şəhərciyi dəmir yolunun yaxın ərazidə inşa ediləcək, bu da Ərdəbil vilayətinin Qafqaz respublikaları ilə idxal-ixrac əməliyyatlarının artmasına şərait yaradacaq. Şəhərcikdə istehsal olunan ixracyönümlü məhsullar Azərbaycana və Azərbaycan üzərindən isə tranzit olaraq Zaqafqaziya, Mərkəzi Asiya, Rusiya və digər ölkələrə ixrac olunacaq.

Ə.Bəhnəmcu qeyd edib ki, ötən il Ərdəbil vilayətindən yalnız Azərbaycana 170 milyon dollarlıq ixrac əməliyyatı həyata keçirilib. Sənaye şəhərciyi hazır olduqdan sonra bu rəqəmin yüksələcəyi şübhəsizdir. Bununla yanaşı, yeni sənaye şəhərciyi qarşılıqlı investisiya yatırımını da artıracaq.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər