Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı protokolda Azərbaycan və İran arasında dəhlizin Rəşt- Astara hissəsinin tikintisinə dair birgə əməkdaşlığın davam etdirilməsi əksini tapıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, energetika sahəsində Xudafərin – Qız Qalası hidroqovşaqlarının birgə istismarı haqqında saziş imzalanıb. “Biz bu layihənin başa çatdırılması istiqamətində əməkdaşlığımızı davam etdirmək haqqında razılığa gəldik.

“Azərbaycan və İran arasında hiberoptik kabellərin çəkilməsi istiqamətində də razılıq əldə olunub və artıq vacib informasiya kommunikasiya texnologiyalarının sahəsində layihənin həyata keçirilməsi reallaşacaq”.