19 C
Baku
Tuesday, July 5, 2022

“Azərbaycanla İran arasında ticarət dövriyyəsinin $1 mlrd-a çatdırılmasını müzakirə edəcəyik”

“Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dolları təşkil edir. Bu, rəsmi rəqəmdir. Təbii ki, iki ölkənin vətəndaşlarının gediş-gəlişi var, bu zaman olan dövriyyə hesablanmır. Yaxın gələcəkdə iki ölkənin hökumətlərarası komissiyasının iclası keçiriləcək və bu tədbirdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını müzakirə edəcəyik. İqtisadi əlaqələrimiz siyasi əlaqələrin yüksək səviyyəsinə çatmayıb, biz bu potensialın olduğunu, ticarət əlaqələrinin yüksəlməsini gözləyirik”.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər