29 C
Baku
Tuesday, July 23, 2024

Azərbaycanla Moldova arasında ticarətin həcmi 4 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanla Moldova arasında ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycanın işgüzar dairələri ilə görüşündə bildirib. Nazir müavinin sözlərinə görə, qeyd olunan dövrdə ticarət həcmi 13.5 mln. dollar təşkil edib.

“Bu il Azərbaycandan Moldovaya ixrac olunan məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə artıb. 1995-2021 illər ərzində iki ölkə arasında qeyri-neft sektoruna qoyulan investisiya həcmi də artıb. Azərbaycan Moldovanın qeyri-neft sektoruna 9.7 mln. dollar, Moldova isə 3.8 mln dollar investisiya qoyub. Azərbaycanda ticarət, nəqliyyat, inşaat, xidmət sektorunda Moldovanın 24 şirkəti qeydə alınıb”, – deyə S.Məmmədov vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər